...

Mərkəzi Bankın investisiya məqsədli pul nişanları Azərbaycanın və xarici dövlətlərin bütün vətəndaşları üçün əlçatan olacaq (YENİLƏNİB)

Maliyyə Materials 5 May 2023 11:59 (UTC +04:00)
Mərkəzi Bankın investisiya məqsədli pul nişanları Azərbaycanın və xarici dövlətlərin bütün vətəndaşları üçün əlçatan olacaq (YENİLƏNİB)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın investisiya məqsədli pul nişanları Azərbaycanın və xarici dövlətlərin bütün vətəndaşları üçün əlçatan olacaq.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Aqşin Vəliyev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, pul nişanları 999.9 əyarlı qızıldan hazırlanacaq.

"Onları AMB-nin kassalarından, həmçinin ölkədəki banklardan əldə etmək mümkün olacaq. Pul nişanının dəyəri hər gün bankın saytında yenilənən qızıl dəyərinə uyğun olaraq hesablanacaq", - o deyib.

Onun sözlərinə görə, bu pul nişanlarının fərqləndirici xüsusiyyəti satıla bilmələridir.

"Mərkəzi Bank tərəfindən buraxılacaq pul nişanlarının sayı tələbata uyğun olacaq, bu günə tərəfimizdən heç bir limit yoxdur", - o deyib.

A.Vəliyev investisiya məqsədli pul nişanlarının 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti