...

ITFC Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün potensial görür

Maliyyə Materials 14 Sentyabr 2023 18:45 (UTC +04:00)
ITFC Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün potensial görür
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün potensial görür.

Trend cümə axşamı xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) qrupuna daxil olan ITFC-nin CEO Hani Salem Sonbol jurnalistlərə deyib.

"Düşünürəm ki, Azərbaycanda daha aktiv fəaliyyət göstərəcəyik. Biz burada böyük potensial görürük. Biz təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına şərait yaratmaq üçün əsas maraqlı tərəflərlə həqiqətən işləməliyik", - o deyib.

Hani Salem Sonbolun sözlərinə görə, o Azərbaycanla əməkdaşlığın səmərəli olacağından əmindir.

"Hazırda ITFC daha çoxuna çalışır, biz keçmişdə Azərbaycanla ticari maliyyələşdirnə üzrə kifayət qədər mühüm əməliyyatlar icra etmişik. Mən burada iqtisadiyyat nazirliyində, maliyyə nazirliyində, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra böyük şirkətlərdə rəsmi şəxslərlə danışıqlar aparmışam. Fikrimizcə, Azərbaycanda həyata keçirilən mühüm layihələr çərçivəsində daha səmərəli fəaliyyət və daha sıx əməkdaşlıq üçün potensialımız var", - o deyib.

Qeyd edək ki, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) 12-14 sentyabr tarixlərində Bakı şəhərində islam maliyyəsi və islam ticari maliyyələşdirməsi üzrə seminar keçirib.

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (İİB) qrupuna daxildir.

İİB qrupu Azərbaycanla möhkəm əlaqələrə malikdir və ölkənin sosial-iqtisadi inkişafına yardım etməyə çalışır. Qrup Azərbaycanda təqribən 1,2 milyard dollara dəyərində layihələr həyata keçirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti