...

Mərkəzi Bank müştəri köçürmələrində internet bankçılığın payını açıqlayıb

Maliyyə Materials 1 Noyabr 2023 10:30 (UTC +04:00)
Mərkəzi Bank müştəri köçürmələrində internet bankçılığın payını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda cari hesablar vasitəsilə müştəri köçürmələrində internet bankçılığın payı 2023-cü ilin 9 ayı ərzində 80 faiz olub.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (IBF-2023) deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda token əməliyyatlarının ümumi məbləği 1,9 milyard manat olub.

"Hesabat dövründə POS terminalların köməyilə həyata keçirilən ödənişlərdə token əməliyyatlarının payı 27 faiz olub. Son il ərzində kartlarla aktiv ödənişlərin məbləği 2 dəfə artaraq 33 milyard manata çatıb. Ötən illərdə nağdsız dövriyyənin payı 1-2 faiz bəndini keçirdisə, bu ilin ötən dövrü ərzində bu göstərici 12,4 faiz bəndi artaraq 54 faizi ötüb", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti