...

Xorvatiya İon-Adriatik qaz boru kəmərinin maliyyələşdirilməsi üzərində çalışır (ÖZƏL)

Maliyyə Materials 27 Mart 2024 10:07 (UTC +04:00)
Xorvatiya İon-Adriatik qaz boru kəmərinin maliyyələşdirilməsi üzərində çalışır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya İon-Adriatik qaz boru kəmərinin (IAP) maliyyələşdirilməsi üzərində çalışır.

Bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindəki mənbədən bildiriblər.

"Monteneqro hökumətindən müsbət geri dönüşlər alınıb və IAP layihəsinin il ərzində icrasının davam edəcəyinə ümid edirik. Həmçinin, "Plinacro" şirkəti IAP-ın Xorvatiya hissəsi üçün bütün lazımi icazələri hazırladığı müddətdə Bosniya və Herseqovina ilə danışıqlar apardıq. Maliyyələşdirmə üzərində hələ də çalışırıq və bu məsələ zamanla həll olunmalıdır", - deyə mənbə bildirib.

Mənbə, eyni zamanda, Xorvatiya tərəfinin Azərbaycandan Xorvatiyaya daha az həcmdə qaz nəqli imkanlarının müzakirəsi üçün "SOCAR Balkans" nümayəndələri ilə danışıqlar aparıb, lakin bu danışıqlar hazırlıq mərhələsindədir.

"IAP-ın Xorvatiya üçün mühüm olduğunun vurğulanması vacibdir və biz layihənin qısa zaman müddətində icra olunacağına və dekarbonizasiyaya imkan yaradacağına zəmanət vermək və eyni zamanda, qazıntı yanacağından mərhələli imtina üçün ilk addım qismində Monteneqro və Bosniyaya qaz tədarük etmək üçün bütün tərəfdaşlarımızla dialoqu davam etdirəcəyik", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Boru kəmərinin ümumi uzunluğu təqribən 511 km təşkil edəcək, bunun 96 km-i Monteneqro ərazisindən keçəcək, 37 km isə dənizin dibi ilə uzanacaq. Boru kəmərinin ümumi ötürücülük qabiliyyəti illik 5 milyard kubmetr təşkil edəcək. Albaniya və Bosniya və Herseqovina hər biri 1 milyard kubmetr, Monteneqro isə 0,5 milyard kubmetr alacaq. Boru kəmərinə, həmçinin, Xorvatiya və Mərkəzi Avropa da (2,5 milyard kubmetr) qoşulacaq.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti