...

COP üzrə dünyanın ən nüfuzlu ekspertləri Qlobal Bakı Forumunda bir araya gələcəklər

Yaşıl iqtisadiyyat Materials 2 Mart 2024 16:22 (UTC +04:00)
COP üzrə dünyanın ən nüfuzlu ekspertləri Qlobal Bakı Forumunda bir araya gələcəklər

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 14-16 mart tarixlərində Bakı şəhərində “Parçalanmış Dünyanın Bərpası” (“Fixing The Fractured World”) mövzusunda 11-ci Qlobal Bakı Forumunu təşkil edir.

Trend xəbər verir ki, forumun işində dünyanın 70-dən çox ölkəsindən 80-dən çox ölkə və hökümət başcıları olmaqla 300-dən çox qonaq iştirak edəcək.

Forum çərçivəsində COP28-in nəticələri və COP 29-a hazırlıq məqsədilə qlobal müzakirələr keçiriləcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma, COP21-in Vitse-prezidenti xanım Hakima El Hatie, COP20 Prezidenti cənab Manuel Pulgar Vidal, COP28 Məsləhət Kommitəsinin üzvləri cənab Françesko La Kamera, xanım Maria Fernanda Espinosa və Olafur Qrimson, Foruma qatılacaq şəxslər arasındadır.

Eyni zamanda, beynəlxalq arenada COP üzrə tanınmış expertlər- Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, BMT Baş Assambleyasının 77-ci Prezidenti Ksaba Korosi, Dünya Bankının sabiq Vitse-prezidenti və Mərkəzin həmsədri Dr. İsmail Səragəldin, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun icraçı direktoru İsmihan Elouafi, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru müavini Najat Moxtar iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti