...

Azərbaycanın "yaşıl enerji"ni xaricə ixrac etmək potensialı var - ŞƏRH

Yaşıl iqtisadiyyat Materials 4 Mart 2024 20:02 (UTC +04:00)
Azərbaycanın "yaşıl enerji"ni xaricə ixrac etmək potensialı var - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "yaşıl enerji"ni xaricə ixrac etmək potensialı var.

Bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, bunu müxtəlif qiymətləndirmələr də göstərir:

"Xəzərətrafı, Abşeron yarımadasında külək enerjisi potensialı var. Eyni zamanda günəş enerjisi imkanları həm quruda həm də Xəzər dənizi üzərində yeni texnologiyaların tətbiqi ilə maksimum səviyyədə enerji istehsal etmə potensialı var".

Ekspert qeyd edib ki, işğaldan azad edilən ərazilərdə də günəş və bərpa olunan enerji resursları potensialı var.

"Həmin ərazilərin yaşıl enerji əraziləri kimi inkişaf etdirilməsi əsas strateji hədəf kimi nəzərdə tutulur. Eyni zamanda bu istiqamətdə böyük investisiyalara ehtiyac var. Son dövrlərdə xarici investorları ilə birgə bərpaolunan enerji layihələri həyata keçirməyə başlayıb. Azərbaycan karbohidrogen resursları ilə zəngindir. İndiki şərtlər daxilində ölkəmizin görə biləcəyi enerji səmərəliliyi istiqamətində layihələrdir. Bu özü də kifayət qədər cəlbedici yanaşmadır və qənaətə imkan yaradır ki, bərpaolunan mənbələr hesabına istehsal olunan enerji ixrac üçün imkanlar yaratsın. Azərbaycanda ixrac baxımından infrastruktur var. Elektrik enerjisi əsasən ölkəmizdən Gürcüstana ixrac olunur.

Əgər iqlim dəyişiklikləri məsələləri qlobal sövdələşmə qüvvəsindən düşməzsə, Azərbaycan bu prosesə investor cəlb edərək öz yaşıl enerjisini Avropa bazarlarına çıxara bilər. Çünki enerji layihələrinin uğurla icrası baxımından Azərbaycan daha potensiallı görünür. Hökumətin bu istiqamətdə səyləri daha ciddi nəticələrə gətirib çıxaracaq", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti