...

Maliyyə COP29-un qarşısında duran məsələlərdən biridir - Britaniya Parlamentinin üzvü

Yaşıl iqtisadiyyat Materials 15 Mart 2024 11:00 (UTC +04:00)
Maliyyə COP29-un qarşısında duran məsələlərdən biridir - Britaniya Parlamentinin üzvü
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyində sözlərə yox, əməllərə diqqət yetirməliyik.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Parlamentinin üzvü Sir Alok Sharma XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Ölkələr bu istiqamətdə öhdəliklər götürür. Lakin iqlim dəyişikliyinin bizə təsirləri artır. Faktiki olaraq, ölkələr bir araya gələrək fəaliyyət göstərməlidir. Bizim əlimizdə texnologiya var, amma kifayət qədər vəsait yoxdur.

Özəl sektoru bu prossesə qoşmalıyıq. Maliyyə COP29-un qarşısında duran məsələlərdən biridir. Hər bir COP müəyyən bir bünövrədir”,-deyə o qeyd edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti