...

Leyla Həsənova COP29-da gənclərin fəaliyyətindən danışdı

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 12:00 (UTC +04:00)
Leyla Həsənova COP29-da gənclərin fəaliyyətindən danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərlə bağlı fəaliyyət istiqamətləri BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransında önəmli yer alır.

Trend xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

O, gənclərin inkişaf və təcrübə mübadiləsi istiqamətlərinin genişləndirilməsi, qlobal proseslərdə onların iştirakçılığının təmin olunmasına yönəlmiş tədbirlər haqda danışıb:

"İqlim dəyişikliyi hər birimiz üçün təhlükədir. Bu səbəbdən gənclər birləşməlidir. Gənc nəsil, təəssüf ki, iqlim dəyişikliyinin fəsadlarını miras alacaq".

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti