...

Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılmasında bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir - Energetika naziri

Yaşıl iqtisadiyyat Materials 16 Aprel 2024 13:06 (UTC +04:00)
Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılmasında bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir - Energetika naziri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "yaşıl enerji" dəhlizinin yaradılmasında bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Abu-Dabidə keçirilən "yaşıl" hidrogen sammitində çıxışında deyib.

"Hazırda Aİ ilə birgə "yaşıl enerji" dəhlizini inkişaf etdiririk. Bu təşəbbüs Azərbaycanda istehsal olunan bərpa olunan enerjinin Avropaya nəqlinə yönəlib. Həmçinin, "yaşıl enerji" dəhlizinin yaradılması üzrə bizi Qazaxıstan və Özbəkistanla birləşdirən daha bir layihə icra mərhələsindədir, burada ekoloji cəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır", - o deyib.

Nazir ekoloji cəhətdən təmiz hidrogen sənayesinin tərəqqisi üçün qarşıda görüləsi işlərin çox olduğunu bildirib.

"Hidrogen istifadəsinin sıfır istifadə ilə oyunun qaydalarını dəyişməsi üçün hələ çox iş görmək lazımdır. Bizim konkret milli strategiyalar, hüquqi çərçivələr, tənzimləmə tədbirləri və əlbəttə ki, rəqabət qabiliyyətli istehsal, mühüm investisiyalar və infrastruktura ehtiyacımız var. Bundan başqa, suyun şirinləşdirilməsi kimi amilləri də nəzərə almaq lazımdır, bu, hidrogen istehsalının əsas mənbəyi olaraq çıxış edəcək. Etibarlı qlobal təchizat zəncirinin yaradılması da həlledici əhəmiyyət kəsb edir. Bu aspektlər üzərində aktiv şəkildə çalışırıq", - deyə nazir əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti