...

COP29 enerji əməkdaşlığında yeni eranın başlanğıcı ola bilər - Ancela Uilkinson (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 5 İyun 2024 16:01 (UTC +04:00)
COP29 enerji əməkdaşlığında yeni eranın başlanğıcı ola bilər - Ancela Uilkinson (ÖZƏL)
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

COP29 enerji əməkdaşlığında yeni eranın başlanğıc nöqtəsi ola bilər.

Bu barədə Trend-ə Dünya Enerji Şurasının (DEŞ) baş katibi Ancela Uilkinson 29-cu Bakı Enerji Forumunun kuluarlarında deyib.

"COP29 konfransının müasir neft dövrünün başladığı Azərbaycanda keçiriləcəyi sevindirici haldır. Bu tədbirin Azərbaycanda keçirilməsi keçmişlə gələcəyi birləşdirəcək. Ümid edirəm ki, bu hadisə enerji əməkdaşlığında yeni, mütərəqqi və praqmatik dövrün başlanğıc nöqtəsi olacaq", - deyə o bildirib.

Uilkinson qeyd edib ki, Azərbaycan öz enerji imkanlarından fəal şəkildə istifadə etməklə külək və günəş enerjisi perspektivlərini, eləcə də, qaz ehtiyatlarının inkişafı və ixracını araşdırır.

"Azərbaycan ölkə daxilində bərpa olunan enerji mənbələrindən istifadənin artırılması yollarını nəzərdən keçirir, həmçinin, enerji təhlükəsizliyini təmin etmək üçün qaz tədarükü vasitəsilə Avropa ölkələrinə yardım göstərir", - deyə o əlavə edib.

Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.

Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti