Bakı. Trend:
Dünyada qlobal istiləşmə problemi, əsasən, istixana qazlarının emissiyası ilə əlaqəlidir və bu səbəbdən bir çox ölkələr, o cümlədən, Azərbaycan tullantıların azaldılmasını qarşısına hədəf olaraq qoyur, müvafiq razılaşma və proqramlarda iştirak edirlər
Bu barədə "EkoSfera" Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri, COP29-un Təşkilat Komitəsinin üzvü Firuzə Sultanzadə Trend-ə deyib.
Onun sözlərinə görə, qlobal istiləşmə 1,5 dərəcə həddində qalıb, karbon dioksid tullantıları 2030-cu ilədək 33 milyard tona qədər azaldılmalıdır.
"Bu göstəricilərə nail olmaq üçün cəmiyyətin quruluşunda əsaslı dəyişikliklər lazımdır: qazıntı yanacağından istifadəni azaltmaq və təmiz enerji mənbələrinə keçid etmək lazım olacaq, meşələrin qırılmasını azaltmaq və kənd təsərrüfatı bitkilərinin becərilməsinin ekoloji metodlarından istifadə etmək lazımdır", - ekspert hesab edir.
O, dünyanın müxtəlif ölkələrindən olan alimlərin arqumentlərinə istinadən bildirib ki, hazırda mövcud və istifadəyə hazır texnoloji işləmələrdən istifadə edilərsə, karbon qazı emissiyalarını 70% azaltmaq mümkündür.
"Karbon qazı emissiyalarının azaldılması ilə yanaşı, digər istixana qazı olan metanın da emissiyasını azaltmaq lazımdır. Azərbaycan dövlətlər tərəfindən metan emissiyalarının azaldılması üzrə öhdəliklərin könüllü qəbulunu nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu bəyan edib. Bu təşəbbüs çərçivəsində Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyasını ən azı 30 faiz azaltmağı hədəfləyən birgə beynəlxalq səyləri dəstəkləməyə hazırdır", - deyə o qeyd edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)