...

Naxçıvanda "yaşıl enerji"nin istehsalı artıb

Yaşıl iqtisadiyyat Materials 10 Sentyabr 2024 16:20 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Trend bu barədə Naxçıvan Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 55%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

2024-cü ilin yanvar - avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

- 45%-i istilik elektrik stansiyalarında;

- 42%-i su elektrik stansiyalarında;

- 13%-i günəş elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20%-ə yaxın artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti