...

Qətiyyətli tədbirlər iqlimlə bağlı sağlamlıq risklərini azaltmağa kömək edə bilər - InterAcademy Partnership

Yaşıl iqtisadiyyat Materials 4 Oktyabr 2024 15:34 (UTC +04:00)
Qətiyyətli tədbirlər iqlimlə bağlı sağlamlıq risklərini azaltmağa kömək edə bilər - InterAcademy Partnership
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişmələri ilə bağlı uzunmüddətli sağlamlıq risklərinin azaldılması üçün sürətli və qəti tədbirlər vacibdir.

Trend xəbər verir ki, bu barədə Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (InterAcademy Partnership) biologiya elmləri proqramı üzrə direktor doktor Robin Fears Bakıda “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konfransın son günündə "Elmi çağırışların öhdəsindən gəlməkdə qlobal və regional əməkdaşlığın rolu" mövzusunda panel müzakirələri zamanı bildirib.

"Hazırda iqlim dəyişmələrinin nəticələri səbəbindən insanların fiziki və psixoloji sağlamlığına ciddi təhlükə yaranır. Bu təhlükələrə qarşı ən həssas olanlar, vəziyyəti idarə etməkdə ən az qabiliyyətə malik olan və qlobal problemlərin yaranmasında ən az iştirak edən əhali qruplarıdır", - R.Fears qeyd edib.

Onun sözlərinə görə, bu problemlərin həlli müasir elmi biliklərin sayəsində əlçatandır.

"Tez və qəti tədbirlər iqlim dəyişmələrinin yaratdığı uzunmüddətli riskləri azaltmağa və yaxın gələcəkdə insanların sağlamlığına əhəmiyyətli fayda gətirməyə qadirdir", - o bildirib.

R.Fears qeyd edib ki, iqlim dəyişmələri digər qlobal problemlərlə də üst-üstə düşür və onları daha da ağırlaşdırır.

O, elmi tədqiqatların aparılması üçün əsas elmi problemlərin həll edilməsinin və elmi məlumatların coğrafi baxımdan qeyri-bərabər paylanmasının aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Proqram direktoru, həmçinin, tədqiqatlara sistemli yanaşmanın əhəmiyyətini qeyd edib.

Xəbər lenti

Xəbər lenti