...

COP29-da iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələri necə maliyyələşdirdiyimizə baxmalıyıq - İrlandiyalı nazir (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 12:54 (UTC +04:00)
COP29-da iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələri necə maliyyələşdirdiyimizə baxmalıyıq - İrlandiyalı nazir (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz COP29-da maliyyəyə, xüsusən də inkişaf və iqlimi necə bir araya gətirdiyimizə, iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrə, onların davamlılığını necə maliyyələşdirdiyimizə baxmalıyıq.

Bu barədə Trend-ə özəl açıqlamasında İrlandiyanın ətraf mühit, iqlim danışıqları və nəqliyyat naziri Eamon Ryan deyib.

“Gələn il hamımız iqlim dəyişikliyini dayandırmaq üçün daha çox iş görmək ambisiyamızı kollektiv şəkildə artırmalıyıq. Beləliklə, bu COP29 maliyyə ilə bağlı kritik rol oynayır.

Burada iddialı bir nəticə əldə edə bilsək, bu, gələn il iqlim dəyişikliyini dayandırmaq üçün etməli olduğumuz işləri genişləndirməyə kömək edəcək. Hər şey pulla bağlıdır və bu il burada müzakirə etməliyik”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti