...

ESG məsələlərində risklərin idarə edilməsi sisteminin düzgün qurulması həlledici əhəmiyyət kəsb edir - İFC

Yaşıl iqtisadiyyat Materials 6 Noyabr 2024 13:05 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Risklərin idarə edilməsi sisteminin düzgün qurulması ESG məsələlərində həlledici rol oynayır.

Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regional eksperti Boris Cancaliya "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş Konfransda bildirib.

"ESG platformasının yaradılması təşəbbüsü ESG və dayanıqlı inkişaf konsepsiyasının təşviqi baxımından mühüm rol oynayır. Burada uğurun əsas elementləri infrastruktur və maliyyə layihələridir ki, onlar bu istiqamətin irəliləməsi üçün həlledici əhəmiyyətə malikdir", - o bildirib.

Ekspertin fikrincə, idarəetmə ESG-nin əsasını təşkil edir.

"Xüsusilə risklərin idarə edilməsi sisteminin effektivliyi çox böyük əhəmiyyət kəsb edir. Mən milli standartların təqdimatına baxdım və bu aspektlər orada artıq nəzərə alınıb, bu çox vacibdir. Əhəmiyyətli olan, ekoloji və sosial risklərin şirkətin və ya qurumun ümumi risk idarəetmə sisteminə necə inteqrasiya olunduğunu anlamaqdır", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti