...

CDMA "Baktelekom" abunəçilərinin sayı artmaqda davam edir

Telekommunikasiya Materials 20 Oktyabr 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin CDMA simsiz texnologiyalı "Baktelekom" İB-in abunəçilərinin sayı artmaqda davam edir. İB-nin Baş direktor müavini Xankişi Kişiyevin verdiyi məlumata görə, əhali bu texnologiyaya böyük maraq göstərir, abunəçilərin sayı isə, 7 min nəfəri ötür.

"Baktelekom"un nümayəndəsinin sözlərinə görə, telefon xətlərinin çəkilməsinin mümkün olmadığı yerlərdə, xüsusilə şəhərətrafı yerlərdə CDMA standartına böyük maraq göstərilir. Hazırda "Baktelekom"un texniki imkanları 10 min CDMA abunəçisinə xidmət göstərməyə imkan verir. Lazım gələrsə,stansiyanın tutumu artırıla bilər.

Analoji xidmətləri respublikanın regionlarında "Aztelekom" İB də göstərir və müəssisə 5 min abunəçiyə malikdir.

CDMA (Code Division Multiple Access - şifrəli bölməyə çoxsaylı çıxış sistemidir) GSM tərəfindən işlənib hazıranan və ilk dəfə QUALCOMM tərəfindən tətbiq olunan rəqəmli simsiz texnologiyadır. CDMA nitqi rəqəmli məlumata çevirir və simsiz şəbəkə vasitəsilə radiosiqnal şəklində ötürülür. 1995-ci ildə kommersiya məhsulu kimi təqdim olunan CDMA dünyada sürətlə yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı CDMA-i "üçüncü nəsil" yeni simsiz texnologiya üçün sənaye standartı seçib.

Azərbaycanda CDMA xidmətləri nazirliyin müəssisələri ilə yanaşı, "Catel", "Aztrank" və "Ulduz Telecom" (Ultel) vasitəsilə də göstərilir.

Xəbər lenti

Xəbər lenti