...

"Azərsell" "Simsim" abonentlərinin "Roamcell" əhatəsini genişləndirir

Telekommunikasiya Materials 25 Oktyabr 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azercell Telekom" BM fakturalı xətt abonentləri ilə yanaşı, fakturasız xətt abonentlərinin də rouminq əhatə dairəsini genişləndirməkdə davam edir. Şirkətdən verilən məlumata görə, indi, SimSim, GəncSim və BizdənBizə abonentləri Ukrayna ("Astelit") və Qazaxıstanda ("K'Cell") öz nömrələrindən istifadə edə biləcəklər.

"Azercell Telekom" BM 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün "RoamCELL" xidmətini istifadəyə verib. Bu xidmət ilk olaraq Türkiyənin "Turkcell" operatoru ilə reallaşdırılıb.

"RoamCELL" xidmətini aktivləşdirmək üçün, Azərbaycanın hüdudlarını keçməzdən əvvəl,*135*1#YESdüymələrini yığmaq kifayətdir.

"Azercell Telekom" Azərbaycanda GSM standartlı ən iri mobil rabitə operatorudur və 2,8 milyondan çox abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti