...

Avtomatlaşdırılmış tərcümə sisteminin inglis-Azərbaycan versiyası hazırlanıb

Telekommunikasiya Materials 26 Noyabr 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva / Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Azərbaycan-ingilis avtomatlaşdırılmış tərcümə sisteminin mükəmməlləşdirilməsi və inglis-Azərbaycan avtomatlaşdırılmış tərcümə sisteminin yaradılması" layihəsi çərçivəsində "Dilmanc" avtomatlaşdırılmış tərcümə sisteminin inglis-Azərbaycan versiyası hazırlanıb. Bu barədə layihənin rəhbəri Əbülfət Fətullayev xəbər verib. Öncə avtomatlaşdırılmış tərcümə sisteminin 120 min söz və söz birləşməsi bazasına malik Azərbaycan-inglis versiyası hazırlanıb. Yeni inglis-Azərbaycan versiyasına 115 min söz və söz birləşməsi daxildir. Fətullayev xəbər verib ki, yeni sistem bütün avtomatik tərcümə sistemlərinə xas olan bəzi çatışmazlıqlara malikdir və daim mükəməlləşmə prosesindədir. Onun sözlərinə görə, bununla paralel olaraq türk-Azərbaycan avtomatik tərcümə sisteminin praktiki variantı hazırlanıb. Beləliklə, avtomatik tərcümə sistemi "Dilmanc" üç istiqamətdə tərcümə həyata keçirir: Azərbaycan-inglis, inglis-Azərbaycan və türk-Azərbaycan.

Xəbər lenti

Xəbər lenti