Bakı. Trend:
İspaniyanın “Barselona” komandasının mərkəz müdafiəçisi Ronald Arauxonun komanda ilə məşqlərə qayıdacağı vaxt məlum olub.
Trend xəbər verir ki, məlumatı “Mundo Deportivo” nəşri yayıb.
Uruqvaylı futbolçu bu gün axşam keçiriləcək məşqdə komanda yoldaşlarına qoşulacaq. Həmin məşq açıq olacaq və təxminən 6 000 azarkeşin iştirakı gözlənilir.
Məlumata görə, Arauxo məhz bu tarixdə qayıtmaq istəyib ki, onu məktublarla dəstəkləyən azarkeşlərə şəxsən təşəkkür edə bilsin.
Bildirilib ki, futbolçu meydana qayıdışı tədricən həyata keçirəcək və bu proses onun fiziki və emosional durumundan asılı olacaq. Müdafiəçi istirahət müddətində Uruqvayda şəxsi məşqçisi ilə məşqlər edib və “Barselona”nın verdiyi proqram üzrə çalışıb. Oyunlara dönüşlə bağlı yekun qərar isə məşqçilər və tibbi heyət arasında aparılacaq müzakirələrdən sonra veriləcək.
