...

Rusiyada məcburi andiçmə üçün yaş həddi 14-ə endirilib

Dünya xəbərləri Materials 29 Dekabr 2025 11:36 (UTC +04:00)
Rusiyada məcburi andiçmə üçün yaş həddi 14-ə endirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 14 yaşından etibarən andiçmə mükəlləfiyyəti barədə qanunu imzalayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyanın dərc olunmuş hüquqi aktlar portalına yerləşdirilib.

Dəyişiklik sənədin ictimailəşməsindən 10 gün sonra qüvvəyə minir və “Rusiya Federasiyası vətəndaşı haqqında” qanuna müvafiq düzəlişlər artıq edilib.

Qanuna görə, Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunan şəxslər and içməlidirlər. Lakin 18 yaşına çatmayan şəxslər bu öhdəlikdən azad edilirdi , o cümlədən, . İndi isə and içmə tələbi 14 yaşdan etibarən tətbiq olunacaq.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, xarici vətəndaşlar Rusiya vətəndaşlığını əvvəlki dövrlərlə müqayisədə daha az alırlar. Qurumun bildirdiyinə əsasən, cari ilin doqquz ayı ərzində 110,8 min nəfər Rusiya Federasiyasının vətəndaşı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz azdır. DİN bu azalmanı Rusiya vətəndaşlığının verilməsi zamanı nəzarətin sərtləşdirilməsi ilə əlaqələndirib.

Ən çox Rusiya vətəndaşlığı alanlar Tacikistan, Qazaxıstan, Ukrayna, Ermənistan və Özbəkistan sakinləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti