Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası dekabrın 29-da ölkə lideri Kim Çen Inın müşahidəsi altında dəniz istitqamətində uzaq mənzilli qanadlı raketlərin buraxılışını həyata keçirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şimali Koreya lideri sınaq buraxılışlarından tam razılıq ifadə edərək, bunun xarici təhdidlərə qarşı özünümüdafiə hüququndan istifadənin təlimi olduğunu vurğulayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raketlərin Şimali Koreyanın paytaxt bölgəsindən buraxıldığını təsdiqləyib və ABŞ ilə birlikdə mümkün təxribatların qarşısını almağa hazır olduqlarını bəyan edib.
BMT Təhlükəsizlik Şurasının qətnamələri ballistik raket sınaqlarını qadağan etsə də, qanadlı raket sınaqlarına icazə verilir, lakin yüksək manevr qabiliyyətinə görə təhlükəli hesab edilir.
