...

İndoneziyada qocalar evində yanğın baş verib

Turizm Materials 29 Dekabr 2025 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Şimali Sulavesi əyalətinin paytaxtı Manadoda qocalar evində baş verən yanğın nəticəsində azı 16 nəfər həyatını itirib, daha 3 nəfər isə ağır yanıq xəsarətləri alıb.

Trend yerli “Antara” dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, yanğın zamanı bir sıra yaşlı sakinlər binanın içində qalaraq xilas ola bilməyiblər. Polis həlak olan şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Səlahiyyətli qurumlar hadisənin başvermə səbəbləri və şəraiti ilə bağlı araşdırmalara başlayıb. Yanğının dəqiq səbəbi hələlik açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti