...

“Qarabağ”ın rəqibi yeni hücumçu transfer edib

İdman Materials 29 Dekabr 2025 09:52 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi “Elversberq”dən Yunus Ebnutalibi transfer edib.

22 yaşlı hücumçu bu mövsüm 2-ci Bundesliqada 16 oyunda 13 qol vurub.

Qeyd ed'ək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti