Bakı.Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində 234 673 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, onlardan 36 861-i pensiya, 197 812-si müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.
