Bakı. Trend:
Bazar günü Peru sahillərində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 25 nəfər yaralanıb.
Trend bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Peru Səhiyyə Nazirliyinin məlumatına əsasən, zərərçəkənlərdən 12-i hazırda xəstəxanada müalicə alır, 13-ü isə artıq evə buraxılıb.
Qeyd edək ki, yeraltı təkanların episentri 700 min nəfərdən çox əhalisi olan Truxilyo şəhərindən 94 kilometr cənub-şərqdə yerləşib. Yeraltı ocaq isə 66 km dərinlikdə olub.
