...

Ekvador ilk nüvə reaktorunu 10 il ərzində istismara verməyi planlaşdırır

Turizm Materials 29 Dekabr 2025 06:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvador hökuməti yaxın 10 il ərzində ölkənin ilk nüvə reaktorunu istismara verməyi hədəfləyib.

Trend xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Ekvadorda ölkənin nüvə proqramının icrası ilə məşğul olacaq xüsusi orqan yaradılacaq.

“Bu orqan nüvə proqramına cəlb olunmuş bütün dövlət strukturlarının qarşılıqlı fəaliyyət göstərəcəyi qurumlararası koordinasiya platformasına çevriləcək. Ekvadorun ilk nüvə reaktoru olan RNE1-in təxminən yaxın on il ərzində istismara verilməsinədək prosesə texniki rəhbərliyi öz üzərinə götürəcək”, – deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti