Bakı. Trend:
“Trabzonspor” və Ukrayna millisinin müdafiəçisi Arseni Bataqov Avropanın bir neçə tanınmış klubunun diqqətini cəlb edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli", "Bolonya" və "Benfika" Bataqovu heyətinə qatmaqda israrlıdır. Həmin klubların nümayəndələri ukraynalını yanvar 5-də Qaziantepdə keçiriləcək Türkiyə Super Kuboku yarımfinal matçında "Qalatasaray"a qarşı canlı izləməyi planlaşdırırlar. Ötən mövsüm Bataqovu 1,8 milyon avroya alan "Trabzonspor" artıq müdafiəçi üçün 30-35 milyon avro arasında qiymət təyin edib.
Klub onu bundan aşağı qiymətə satmağı müzakirə etməyə hazır deyil. 23 yaşlı mərkəz müdafiəçisinin dəyərini 9 milyon avro olaraq qiymətləndirir. O, bu mövsüm Türkiyə Super Liqasında 16 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Bataqov “Dnepr”, “Polessya”, “Zorya” klublarında oynayıb.