Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Araqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.
Trend xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də Yəməndə baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Abbas Araqçi Yəmənin cənubundakı vəziyyətə diqqət çəkərək ölkənin ərazi bütövlüyünün qorunması üçün yol xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıb.
Araqçi İsrailin Livana hücumlarını pisləyib və beynəlxalq ictimaiyyəti Livan xalqına qarşı hücumların dayandırılması üçün məsuliyyət daşımağa çağırıb.
Feysəl bin Fərhan isə regional sülhün təmin olunması üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib və İsrailin baş verənlərə görə məsuliyyət daşımalı olduğunu bildirib.
