...

"Azercell" Avstriya və Almaniya ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 25 Dekabr 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / "Azercell Telecom"un mətbuat xidmətinin verdiyi məlumata görə, şirkət Avstiyanın "H3G" və Almaniyanın "T-mobile" operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, "Azercell"-in Avstriya ilə sayca üçüncü, Almaniya ilə ikinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Avstriyanın "Mobilkom" və "One" , Almaniyanın "O2" operatorlarının xidmətindən yararlanırlar.

Qeyd edək ki, indiyə kimi "Azercell Telekom" BM56 ölkənin mobil rabitə operatorları ilə 113GPRS/MMS rouminq sazişi bağlayıb. Operatorun abunəçilərinin sayı 2,8 mln. nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti