...

Rabitə Nazirliyi "Elektron Azərbaycan" Dövlət Proqramının davamını hazırlayır

Telekommunikasiya Materials 7 Yanvar 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ " müxbir S.Babayeva/ Gələcək illər üçün Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişaf prioritetləri yeni Dövlət Proqramında öz əksini tapacaq. Bu barədə bazar ertəsi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib. "2009-2012-ci illər üçün Dövlət Proqramının ilkin variantının hazırlanması haqqında qərar qəbul edilib" - Gülməmmədov bildirib. Əvvəlki və birinci Dövlət Proqramı ("Elektron Azərbaycan") dövlət başçısı İlham Əliyev tərəfindən 2005-ci ilin oktyabrında təsdiqlənib və bu Proqram 2005-2008-ci illəri əhatə edir. Dövlət Proqramı iqtisadi-struktur islahatlarının keçirilməsi, rabitə, informasiya texnologiyalarının müasirləşdirilməsi, genişləndirilməsi, informasiya cəmiyyətinə keçid üzrə layihələrin hazırlanması və həyata keçirilməsinə yönəldilib. Gülməmmədovun sözlərinə görə, yanvarda Dövlət Proqramının layihəsini hazırlamaq üçün işçi qrupu yaradılacaq. Proqramın ilkin variantının hazırlanması üç ayadək davam edəcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, 2005-2008-ci illər üçün Dövlət Proqramının reallaşdırılması normal templərlə aparılır. Biz (Rabitə Nazirliyi) islahatlar, özəlləşdirmə həyata keçirmişik və bazarın liberallaşdırılmasını da həyata keçirəcəyik" - bir qədər əvvəl Abbasov bildirib. Nazir 2009-cu ilin sonunadək telekommunikasiya infrastrukturunu iki dəfə genişləndirməyi, bundan əlavə, regional innovasiya zonasının yaradılmasını, İT mütəxəssislərinin hazırlıq səviyyəsinin artırılmasını vacib hesab edir.

Xəbər lenti

Xəbər lenti