...

Azerfon abunəçilərinə yeni GPRS paketi təqdim edir

Telekommunikasiya Materials 1 Fevral 2008 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon BM (Nar Mobile ticarət nişanı) öz abunəçilərinə yeni GPRS paketi təqdim edir. Şirkətin məlumatında deyildiyi kimi, optimal GPRS paketi seçən abunəçilər çox sərfəli tariflərlə internet xidmətlərindən istifadə edə biləcəklər.

Paketin qiyməti GPRS trafikinin həcmindən asılıdır. Abunəçilərə həcmi 15 MB - dan 2000 MB-a qədər GPRS paketləri təklif olunur. GPRS paketini aktivləşdirmək üçün müvafiq paketin aktivasiya şifrəsini 777 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

Paket çərçivəsində GPRS trafikinin həcmi Aylıq abunə haqqı Paketin aktivasiya şifrəsi
15 MB 5 AZN +gprs15
50 MB 10 AZN +gprs50
200 MB 20 AZN +gprs200
2000 MB 50 AZN +gprs2000

Hər bir paket üçün müəyyən edilmiş GPRS trafikinin həcmi bitdikdə, növbəti trafik 100 Kb üçün 0.10 AZN qiymətinə hesablanacaq. Hər bir GPRS paketinin istifadə müddəti 30 gün təşkil edir.

Azərbaycanda GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azerfon BM 2005-ci ilin sonunda lisenziya alıb. Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Hazırda Nar Mobile abunəçilərinin sayı 300.000 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti