...

Ən iri mobil rabitə bazarları Çin, Hindistan və Rusiyaya məxsusdur – Avropa GSM Assosiasiyası

Telekommunikasiya Materials 8 Aprel 2008 15:04 (UTC +04:00)
Ən iri mobil rabitə bazarları Çin, Hindistan və Rusiyaya məxsusdur – Avropa GSM Assosiasiyası

Azərbaycan, Bakı, 08 aprel/ " , müxbir S.Babayeva/ GSM standartı üzrə 700-dən çox mobil rabitə operatorunu təmsil edən Avropa GSM Assosiasiyasının məlumatına görə, dünyada GSM mobil rabitə abunəçilərinin sayı 2,81 mlrd. nəfərə çatır.

Dünyada 2,881,123,146
Afrika 265,076,453 (9%)
Amerika 297,393,161 (10%)
Asiya-Sakit okean regionu 1,162,251,880 (40%)
Avropa: Şərqi 397,925,950 (14%)
Avropa: Qərbi 478,833,084 (17%)
Orta Şərq 173,200,146 (6%)
ABŞ/Kanada 106,442,472 (4%)

1987-ci ildə yaradılan Assosiasiyanın məlumatına görə, dünyadakı mobil rabitə operatorları GSM şəbəkələrin yaradılmasına $234 mlrd. sərf ediblər, dünyada 2,6 mlrd. GSM birləşmə var. Bu, gündə 1,2 mln. yeni GSM birləşmə deməkdir. Beləliklə, əhalinin 80 faizdən çoxu GSM şəbəkələrin əhatə zonasına daxil olur. Assosiasiya ən böyük mobil rabitə bazarları kimi Çin, Hindistan və Rusiyanı göstərib.

Assosiasiyanın proqnozlarına görə, 2010-cu ilin birinci rübü üçün dünyada mobil birləşmələrin sayı 4 mlrd.-a çatacaq. 2010-cu ilədək mobil rabitə üçün reklama çəkilən xərclər $14 mlrd. -ı ötəcək.

Azərbaycanda üç GSM mobil rabitə operatoru fəaliyyət göstərir. Abunəçilərin ümumi sayı 4 mln. nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti