...

"Azercell" "Bizdən Bizə" abunəçilərinə güzəşt təqdim edir

Telekommunikasiya Materials 16 Aprel 2008 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom", aprelin 16-dan başlayaraq "Bizdən Bizə" abunəçilərinə şəbəkədaxili zənglərdə endirimlər təqdim edir. Şirkətdən verilən məlumata görə, indi hər üç dəqiqəyə görə, 1 kontur çıxılacaq.

"Bizdən Bizə" tarif planına qoşulan abunəçilər, "Azercell" şəbəkəsi daxilində zənglərə görə, güzəşt əldə edəcəklər. Bununla yanaşı şəbəkədaxili zənglərdə ilk 10 saniyənin bütöv qiymətləndirilməsi qaydası tətbiq edilməyəcək.

"Bizdən Bizə" tarif paketinə SimSim və GəncSim abonentləri qoşula bilər. Bunun üçün, sadəcə, Bizden Bize yazıb 7575 nömrəsinə göndərin.

Şirkət bildirir ki, abonentin hər hansı paketdə istifadə etdiyi güzəştlər və ya hər hansı bir kampaniyada aldığı hədiyyə konturların qalığı keçdiyi tarif paketinə (Bizdən Bizə və ya SimSim) əlavə olunur. Yalnız GəncSim abonentlərinin hər ay aldığı pulsuz SMS, MMS və GPRS xidmətlərinin tamamilə, ya da qalığı digər iki tarif paketinə keçildiyində sıfırlanır.

Xəbər lenti

Xəbər lenti