...

Azərbaycanın iri mobil rabitə operatoru insan ehtiyatlarına $1,5 mln.-dan çox vəsait yatırıb

Telekommunikasiya Materials 18 Aprel 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend / Ötən il ərzində Azərbaycanın ən iri GSM operatoru Azercell Telecom insan ehtiyatları sahəsində $1,5 mln. vəsait ayırıb. Bu barədə cümə günü şirkətin rəhbəri Həlim Atəş İstambulda, Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya və Rusiya üçün telekommunikasiya və İT-texnologiyalar üzrə beynəlxalq konfransının Caspian Telecoms 2008-in gedişində məlumat verib.

"İnsanlara sərmayə yatırmaq ölkənin özünün gələcəyinə sərmayə yatırmaq deməkdir" - o bildirib.

Azercell Telecom 1996-cı il yanvarın 19-da birgə müəssisə kimi təsis edilib. Şirkətin birinci təsisçiləri kimi Turkcell İletishim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət 1996-cı il dekabrın 15-də fəaliyyətə başlayıb. Bu ilin fevralından BM-də olan $180 mln. dəyərində 35,7 faiz dövlət payı şirkətin həmtəsisçisinə - Türkiyənin "Azertell Telekommunikasyon Yatirim Dis Ticaret A.S". şirkətinə satılıb. Bunun nəticəsində aprelin 1-dən BM-in yeni adı "Azercell Telekom Məhdud Məsuliyyətli Müəssisə" "Azercell Telekom Məhdud Məsuliyyətli Cəmiyyət" kimi təsdiq edilib.

Şirkətin bütün fəaliyyəti dövründə onun kapital yatırımları $600 mln.-a çatıb. Azərbaycanın iri vergi ödəyicilərindən biri olan Azercell bütün fəaliyyəti dövründə dövlət büdcəsinə və digər dövlət fondlarına təqribən $400 mln. köçürüb.

Bu operatorun abunəçilərinin sayı 3 mln. nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti