Azərbaycan, Bakı, 20 may/ Trend / Azərbaycanın 3 milyondan çox abunəçiyə malik mobil rabitə operatoru Azercell Telecom ZengetCELL xidmətində yenilik tətbiq edib ki, bu da abunəçilərə pulsuz qısa məlumat vasitəsilə, istənilən Azercell abunəçisinə zəng etmək haqqında xahiş göndərə bilər. Mətbuat xidmətinin məlumatına görə, mayın 15-dən etibarən, ZengetCELL xidmətindən istifadə edən abunəçi sifarişçinin nömrəsini göndərərkən, bundan sonra öz adını göstərə bilər. Bunun üçün abonent 7700 qısa nömrəsinə sifariş mesajını yazarkən ikinci tərəfin nömrəsini və 10 rəqəmdən ibarət olan öz adını da yaza bilər.
Xidmətdən aktiv balansa malik bütün Azercell abunəçiləri istifadə edə bilərlər. Hətta hesabında kifayət qədər kontur olmayan SimSim, Bizdən Bizə və ya Gəncsim abunəçiləri zəng üçün soğru göndərə bilərlər. Qapalı xəttə malik Azercell abunəçiləri xidmətdən istifadə edə bilməzlər.
ZengetCELL xidməti avtomatikdir və bütün abunəçilər üçün pulsuz aktivləşir.
Abunəçilər təqvim günü ərzində (00:00:00 -dan 23:59:59-dək) xidmətdən üç dəfə istifadə edə bilərlər.
Sifarişçi əhatə dairəsindən kənarda olduğu halda, məlumat çatdırılanadək iki saat ərzində sistemdə saxlanılır.