Azərbaycan, Bakı, 29 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" abunəçilərinin ixtiyarına Isveçin "Telenor", Filippinin "SMART Communications", Uruqvayın "Antel" və Omanın "Oman Mobile" operatorları ilə GPRS/MMS rouminq xidməti təqdim edib.
Şirkətdən verilən məlumata əsasən, bu, "Azercell"in İsveç, Uruqvay və Oman ilə birinci, Filippin ilə isə üçüncü GPRS/MMS rouminq müqaviləsidir. Bu vaxta qədər "Azercell" abonentləri Filippinin "Globe Telecom" və "Smart" operatorlarının xidmətindən yararlanırdılar.
Hazırda "Azercell Telekom" 62 ölkənin mobil rabitə operatorları ilə 126 GPRS/MMS rouminq sazişi bağlayıb. Azərbaycanın iri mobil rabitə operatorunun 3 mln. dan çox abunəçisi var.