Azərbaycan, Bakı, 25 iyul/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telesom iyulun 24 - dən ilin sonunadək endirim kampaniyası keçirir.
Şirkətin məlumatında bildirilir ki, şəhər nömrələri və "Azercell" nömrələrinə zənglərin dəyəri eyni olacaq. Belə ki, "Azercell" fakturalı xətt abunəçiləri stasionar şəbəkənin nömrələrinə (şəhər nömrələrinə) daha sərfəli şərtlərlə zəng edəcəklər. Kampaniya ərzində şəhər nömrələrinə zənglər şəbəkədaxili kimi qiymətləndiriləcək.
Azercell Telecom bu gün ölkədə ən iri mobil rabitə operatorudur və 3 mln.-dan çox abunəçiyə xidmət göstərir.