...

"Baktelekom" CDMA abonentlərinin sayı artır

Telekommunikasiya Materials 15 Sentyabr 2008 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr/ Trend , müxbir S.Babayeva/"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Baktelekom"İstehsalat Birliyinin CDMA abonentlərinin sayı 7 mini ötüb.

"İstifadəçilər bu sistemə böyük maraq göstərirlər", - bazar ertəsi İB-dən deyiblər.

"Baktelekom"-un CDMA şəbəkəsinin əhatə dairəsinə, Abşeron yarımadası daxil olmaqla, Bakı və "Aztelekom"İB ilə rouminq vasitəsilə Azərbaycanın regionları daxildir.

"Baktelekom"İB 511 indeksasiya kodu ilə CDMA xidməti göstərir və istifadəçilərə iki tarif paketi təklif edir. Birincisi, gələn və gedən yerli  zənglər üzrə hər ay 300 dəqiqəlik güzəştlə, ikincisi, limitsiz paket. Birinci paket üzrə aylıq abunə haqqı 2 manat, ikincisi üzrə isə, 10 manatdır.

"Gələcəkdə əlavə tarif paketlərinin tətbiqi istisna edilmir", - İB-dən bildiriblər.  

Azərbaycanda CDMA xidmətlərini "Baktelekom", "Aztelekom", Catel, Ultel və Aztrank göstərir.

Xəbər lenti

Xəbər lenti