Azərbaycan, Gəncə, 25 sentyabr/ Trend , müxbirlər V.Məmmədov, S.Babayeva/ Azərbaycanda kompüter texnikası və avadanlığı istehsalçısı KUR Computers şirkəti müxtəlif konfiqurasiyalı və touchpad monitorlu noutbukların istehsalına hazırlaşır, - şirkətin elmi-texniki mərkəzinin rəisi İlkin Süleymanov deyib.
їİstehsala bir ay ərzində başlanılacaqї, - Süleymanov qeyd edib.
Onun sözlərinə görə, noutbukların monitorları 12.4, 14.2, 15.2 dyümlü olacaq. Qiymət 550 və 1800 manat arasında dəyişəcək.
Süleymanov qeyd edib ki, yeni məhsulun istehsalına başlamaq üçün Almaniya, Tailand, Koreya və İndoneziyadan hissələr artıq gətirilib.
Kür zavodu birgə müəssisə kimi fəaliyyət göstərir. Burada iştirak payının 51 faizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin simasında dövlətə, 36 faiz yerli SINAM şirkətinə,13 faiz isə özəl şəxslərə məxsusdur
Müəssisənin istehsal gücü sutkada 140 kompüteri istehsal etməyə imkan verir.
"KUR Computers" 2007-ci ildə təqribən 12 min kompüter və eyni sayda telefon aparatı, həmçinin 40 informasiya köşkü istehsal edib.