...

Azercell öz abunəçiləri üçün yenilik tətbiq edib

Telekommunikasiya Materials 2 Oktyabr 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom öz abunəçiləri üçün yenilik tətbiq edib. Şirkətin məlumatında bildirilir ki, bundan sonra Azercell-i seçən yeni SimSim və GəncSim abonentləri birbaşa BizdənBizə tarif paketinə qoşulurlar. Bu da fakturasız xətt abonentlərini əlavə narahatlıqdan xilas edəсək və daha əlverişli tariflərlə danışmasına imkan yaradır.

Əvvəllər BizdənBizə tarif paketini seçmək üçün SimSim və GəncSim abonentləri keçid etməli idilər. "Bəzən balansını diqqətdə saxlayan müştərilər yeni xidmətlərin seçiminə ehtiyatla yanaşırlar. Həmçinin, konturlardan az istifadəyə meylli olan SimSim və GəncSim abonentləri, sərfəli olmasına baxmayaraq, digər paketlərə keçməyə tələsmirlər. Bu baxımdan, Azercell - in tətbiq etdiyi yenilik bu mobil operatoru seçən yeni SimSim və GəncSim abonentlərinin işini rahatlaşdıracaq. Onların elə əvvəldən daha sərfəli və ucuz tariflə danışmasına şərait yaradacaq"- Azercell - dən hesab edirlər.

BizdənBizə tarif paketini seçən SimSim və GəncSim abonentləri Azercell şəbəkəsi daxilində zənglərdə ilk 10 saniyənin bütöv qiymətləndirilməsi qaydası tətbiq edilməməsi ilə yanaşı, pik saatlarda edilmiş zənglər üzrə 2 saniyə = 1 kontur, qeyri - pik saatlarda edilmiş zənglər üzrə 3 saniyə = 1 kontur, Dost-Tanış nömrələrinə edilmiş bütün zənglər üzrə isə, 3 saniyə = 1 kontur endirimlərini əldə edirlər.

Xəbər lenti

Xəbər lenti