...

Nar Mobile-ın Bakutel-2008 sərgisi çərçivəsində keçirtdiyi "Ünsiyyət Həyatdır" foto müsabiqəsinin qalibləri elan olunub

Telekommunikasiya Materials 15 Noyabr 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru "Azerfon"

Nar Mobile-ın Bakutel-2008 sərgisi çərçivəsində keçirtdiyi "Ünsiyyət Həyatdır" foto müsabiqəsinin nəticələri elan edilib. "Azerfon" (Nar Mobile ticarət nişanlı) BakuTel-2008-in baş sponsorudur.

Şirkətin məlumatında bildirilir ki, foto müsabiqənin 9 qalibinə Nokia N 73 mobil telefonları, Nar kartlar və digər dəyərli hədiyyələr təqdim olunub.

"Ünsiyyət Həyatdır" mövzusunda olan şəkillər BakuTel 2008 sərgisi zamanı sərgi iştirakçıları tərəfindən mobil telefonlarla çəkilib. Qaliblər 3 gün ərzində saytda yerləşdirilən səsvermə yolu ilə seçilib.

Müsabiqəyə 296 şəkil təqdim olunub. Onlayn səsvermə yolu ilə hər gün şəklə görə ən çox səs toplayan üç iştirakçı qalib olub.

Birinci yerin sahibləri Məhərrəmov Pərvin, Vilayev Anton və Musayeva Emiliya Nar Mobile-dan Nokia N 73 müasir telefonu, 2-ci yerin sahibləri Mürşüdlü Şahin, Rəhimov Tamerlan və Axundov Emil 50 AZN nominallı Nar kartlar , 3-cü yerin qalibləri Mürşüdlü Şahin, Nağıyev Emin və Sokolenko İndira Nar Mobile suvenirləri qazanıblar.

Azerfon MMC ölkə ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycannın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci il dekabrın 30-da lisenziya alıb. Operator kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda "Nar Mobile" abunəçilərinin sayı 850 mindən artıqdır.

Xəbər lenti

Xəbər lenti