Özbəkistan, Daşkənd, 01 dekabr/ Trend , müxbir T.Jukov/ Cari ilin sonuna respblikanın xarici İnternet-kanalının ümumi tutumu 515 Mbit/s təşkil edəcək, - Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.
"Özbəktelekom" səhmdar şirkəti gələn il Mərkəzi Asiyanın qonşu dövlətlərinin ehtiyaclarının ödənilməsi üçün əlavə beynəlxalq kanalların yaradılmasını davam etdirəcək, - şirkətin Baş direktorunun birinci müavini Camol Maksudov Daşkənddə bildirib. Bunun üçün beynəlxalq şəbəkələrin tranzitinin təmini üzrə iri layihələrin realizəsi artıq başlayıb.
"Bir müddət əvvəl Tacikistanla fibrooptik kabel səviyyəsində yüksəksürətli çıxışı başa çatdırdıq", - Maksudov bildirib. "Əfqanıstanla sərhəd hissədə iş aparılır. Gələn il Rusiya istiqamətində müstəqil xəttin çəkilişi planlaşdırılıb. Etibarlılıq və fasiləsiz rabitənin təmin edilməsi üçün, yüksək texnologiyalardan istifadə edilməklə, müxtəlif fibrooptik rabitə xətləri yaradılır".
"Özbəktelekom"un mətbuat xidmətinin məlumatına görə, Çinin Huawei Technologies Co şirkətinin istehsalı olan DWDM avadanlığının bazasında Daşkənd şəhərinin telekommunikasiya şəbəkəsində nəqliyyat halqası yaradılıb. Nokia Siemens Network avadanlığının bazasında Daşkənd-Buxara sahəsində Trans-Asiya-Avropa (TAA) fibrooptik rabitə xətinin müasirləşdirilməsi aparılıb. Yerli telefon şəbəkələrində fibrooptik rabitə xətlərinin uzunluğu 1245,5 km təşkil edir, beynəlxalq, şəhərlərarası və zonalardaxili xətlərin uzunluğu 41,6 min kilometri ötür.
İnternet şəbəkəsinə və məlumatların ötürülməsinə çıxış, xDSL, RadioEthernet və kommutasiya edilən Dial-Up texnologiyalarından istifadə etməklə, ayrılmış xətlər üzrə həyata keçirilir. "Özbəktelekom" artıq WiMax layihəsinin realizəsinə başlayıb.
"Özbəktelekom" - Özbəkistanın, ölkənin bütün ərazisini əhatə edən ən iri telekommunikasiya operatorudur. Şirkət dövlət qurumları və idarələr üçün ən iri telekommunikasiya xidmətlərinin tədarükçüsüdür. Şirkətin tərkibinə 19 filial daxildir. Onlardan 14-ü regional, beşi ixtisaslaşmış və ikisi törəmə müəssisədir. "Özbəktelekom"n mobil və təsbit edilmiş raibtə, məlumatların ötürülməsi və İnternet xidmətləri göstərən səkkiz birgə müəssisədə payı var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]