...

10 mindən artıq müəllim təhsilin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təlimlər keçib

Telekommunikasiya Materials 2 Mart 2009 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend / Ümumtəhsil məktəblərinin 10 mindən artıq müəllim və inzibati işçisi informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə 2008-2012-ci illərdə təhsilin informasiyalaşdırılması məqsədilə keçirilən Dövlət Proqramı çərçivəsində təlimlər keçib, - humanitar təşkilatın direktoru Mədəd Emil Məmmədov bildirib.

"Məktəb direktorları, tədris hissə müdirləri, rayon təhsil şöbələrinin nümayəndələri, pedaqoji ixtisas artırma təhsil müəssələrinin əməkdaşları da daxil olmaqla 8,7 min müəllim, 1,8 min inzibati işçi dövlət proqramı çərçivəsində təlimlər keçib", - deyə Məmmədov qeyd edib.

Bakı və Sumqayıtın metodik mərkəzlərinin 110 nümayəndəsi də təlimlər keçib. Onlar təhsil sahəsində informasiya texnologiyalarından istifadə etmək bacarığının öyrədilməsi üzrə təhsil alıblar. Bundan əlavə, 240 müxtəlif fənn müəllimi elektron dərs vəsaitlərinin hazırlanması üzrə xüsusi təlimlər keçiblər.

Xəbər lenti

Xəbər lenti