...

"Azercell Telecom" yeni SimSim Açılsın kampaniyasına başlayıb

Telekommunikasiya Materials 2 May 2009 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı 02 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru olan "Azercell Telecom" 1-31 may 2009 tarixləri müddətində keçirilən SimSim Açılsın kampaniyasına start verib. Bu barədə şirkətdən məlumat verilib.

Kampaniyaya qoşulmaq üçün çıxış xətti bağlı olan SimSim abonentləri kampaniya müddətində balanslarına kontur yükləməlidirlər. Bu zaman kartdakı konturların 3-qatı 1 il ərzində (hər ay 1/12 misli olmaqla) Azercell-dən hədiyyə veriləcək.

Hədiyyələrdən (kontur, SMS, MMS və GPRS ) istifadə etmək üçün nömrə çıxış zəngləri üçün açıq olmalıdır. Hədiyyələr yalnız Azercell şəbəkəsi daxilində istifadə oluna bilər.

Hədiyyələr verildiyi aylarda istifadə olunmalıdır. Müvafiq ayda istifadə olunmayan hədiyyələr növbəti aya keçmir.

"Əzizlərim" kampaniyasına pulsuz qoşulmaq üçün 30 gün ərzində 9838-ə 6 ay müddətində güzəştlə danışılacaq 4 nömrə (3 Azercell və 1 yerli sabit şəbəkə nömrəsi) bir-bir göndərilməlidir.

Kampaniya abonentləri Azercell Fakturalı Xətt sisteminə keçdikləri və ya deaktiv olduqları halda kampaniyadan çıxarılacaq. Kampaniyadan çıxmış abonentlər yenidən kampaniyaya qoşula bilməzlər.

"Azercell Telecom" ölkədə iri mobil rabitə operatorudur və 3,5 milyondan çox abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti