...

Delta Telecom regionda WiMAX şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 1 İyun 2009 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir S.Babayeva /

Azərbaycan provayderləri üçün qlobal internet şəbəkəsinə girişin yeganə təchizatçısı olan Delta Telecom ilin sonuna kimi WiMAX xüsusi şəbəkəsinin istifadəçilərinin sayını 100 min nəfərə kimi çatdırmağı planlaşdırır. Bu barədə şirkətin direktoru Ramazan Vəliyev bildirib.  

"Hazırda şəbəkə Bakıda, Sumqayıtda və Abşeron yarımadasında test rejimində fəaliyyət göstərir", - deyə Vəliyev bildirib.

Onun sözlərinə əsasən, hazırda ölkənin regionlarında şəbəkənin ilin sonuna kimi davam edəcək genişləndirilmə işləri gedir.

Ölkədəki bütün internet provayderlərinin cəmi 1,4 Gb gücdən istifadə etdiyi halda, şəbəkənin ümumi gücü 4 Gb-dən artıqdır.

Şirkət rəhbərinin bildirdiyinə görə, WiMAX şəbəkəsi ticarət istismarına verildiyi zaman tariflər tamamilə ADSL-ə rəqabət qabilliyyətli qiymətlər olacaq.

Əvvəlcə istifadəçilər şəbəkədə 128 Kb 4 Mb-a kimi, ilin sonuna kimi isə 10 Gb sürət əldə edəcək.

Layihə 2008-ci ilin sentyabrında Delta Telecom ilə Fransanın Alcatel-Lucent şirkəti ilə bağladığı, öz istifadəçilərinə yüksək sürətli internetdən əlavə VoİP və digər DATA xidmətlərindən istifadə etməyə imkan yaradacaq müqavilə əsasında həyata keçirilir.

Müqaviləyə əsasən Alcatel-Lucent WiMAX-ın mobil şəbəkədə tətbiqini təmin edir və Delta Telecom-un milli magistral infrastrukturunu müasirləşdirməyə kömək edir. Bura baza stansiyaları, WiMAX kontrolerləri, terminallar, İMS platformaları və digər proqram təminatları daxildir.

Delta Telecom Azərbaycanda bütün internet provayderlərini və Gürcüstanın 78 faiz provayderlərini peşəkar İP Backbone xidmətləri ilə təmin edən regiondakı ən böyük Backbone şəbəkəsinə malik aparıcı rabitə operatorlarından biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti