...

Azərbaycan Mərkəzi Bankı texniki təchizat üzrə yeni podratçını müəyyənləşdirib

Telekommunikasiya Materials 18 İyun 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter alınması, server, şəbəkə avadanlığı və proqram təminatı üzrə tenderin qalibini elan edib, rəsmi mətbuat xəbər verir.

Tenderin qalibi adını R.I.S.K. şirkəti qazanıb. Bu şirkət tender komissiyasına AMB-ni qane edən ən yaxşı təklif irəli sürüb.

Ümumilikdə tenderdə iştirak üçün altı şirkət müraciət edib. Tender mayın 25-də keçirilib.

R.I.S.K. şirkəti 1993-cü ildən fəaliyyət göstərir, Mərkəzi Asiya və Qafqazda ən aparıcı şirkətlərdən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti