...

"Azercell" şəbəkəsinə qoşulanlar üçün yeni kampaniya keçirir

Telekommunikasiya Materials 29 İyul 2009 18:49 (UTC +04:00)
"Azercell" şirkəti yeni abonentləri üçün "Azercell-ə gəl" adlı yeni kampaniyanın keçirildiyini elan edib. Şirkətin şərtlərinə görə, 31 oktyabradək "Azercell" şəbəkəsinə qoşulan abonentlər çoxlu hədiyyələr qazanacaqlar
"Azercell" şəbəkəsinə qoşulanlar üçün yeni kampaniya keçirir

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir H.Vəliyev /

"Azercell" şirkəti yeni abonentləri üçün "Azercell-ə gəl" adlı yeni kampaniyanın keçirildiyini elan edib. Şirkətin şərtlərinə görə, 31 oktyabradək "Azercell" şəbəkəsinə qoşulan abonentlər çoxlu hədiyyələr qazanacaqlar. Belə ki, yeni abonentlər avtomatik olaraq "Super Bizdən Bizə" tarif paketinə qoşulacaqlar ki, bu da onlara 50 şəbəkədaxili SMS, 1 il pulsuz GizlətCell xidməti, 1000 ümumi təyinatlı və 1000 gecə konturları hədiyyə almaq imkanı verir. Əlavə hədiyyələr almaq üçün sonrakı 1 ay müddətində balansa ən azı 2 AZN məbləğində danışıq kartı yükləmək lazımdır.

"Azercell"-ə qoşulan abonentlər şəbəkəyə üzv olduqları birinci ilin 2-12-ci ayları arasında hər ay 450 pulsuz kontur və ya 30 dəqiqə pulsuz danışıq müddəti əldə edəcəklər. İkinci il ərzində isə abonentləri hər ay 530 pulsuz kontur və ya 35 dəqiqə pulsuz danışıq müddəti gözləyəcək. Qeyd olunan pulsuz 30 və 35 dəqiqələr "Super BizdənBizə" tarif paketinə əsasən hesablanıb.

Bütün bunlarla yanaşı, "Azercell-ə Gəl" kampaniyasının abonentləri "Əzizlərim" kampaniyasına 1 il müddətinə pulsuz abunəlik imkanı da əldə edirlər. Bu xidmət onlara seçdiyi üç "Azercell" nömrəsi ilə 5 saniyə=1 kontur və bir şəhər nömrəsi ilə 3 saniyə=1 kontur tarifi ilə danışmaq imkanı verir. Bunun üçün abonentlər şəbəkəyə qoşulduqdan sonra 30 gün ərzində 9838 qısa nömrəsinə bir mesaj (1 SMS=1 kontur) göndərməlidirlər.

"Azercell-ə Gəl" kampaniyasının şərtlərinə görə, abonentlər şəbəkəyə qoşulduqları andan 1 ay açıq xətt əldə edirlər. Ümumi təyinatlı konturlar istisna olmaqla, hədiyyə alınan bütün konturlar yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. İstifadə olunmayan hədiyyə konturlar verilən tarixdən 30 gün sonra abonentin balansından silinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti