Azərbaycan, Bakı, 17 avqust / Trend /
"Azercell" MMC hər həftə abunəçilərinə avtomobil udmaq şansı bəxş edir. İyulun 21-dən etibarən Simsim abunəçiləri üçün "Həftəyə avtomobil" adı altında kampaniya keçirilir.
Kampaniya çərçivəsində SMS göndərən abonentlər 50 MMS-lə yanaşı hər həftə oynanılan "Toyota Corolla" avtomobilini qazanmaq şansı əldə edirlər.
Hər həftənin cümə günü "Azercell Telekom" MMC-nin Baş Ofisində "Toyota Corolla" avtomobili oynanılan tiraj keçirilir. Şirkətin təqdim etdiyi bu kampaniyanın dördüncü tirajında avtomobilə sahibolma sevincini Hüseynova Əminə Davud qızı yaşayıb.
Kampaniyada iştirak etmək üçün abonent 9080 qısa nömrəsinə SMS-lə 50 yazıb göndərməlidir. Bundan sonra onun balansına 50 MMS yüklənilir. Abonentlər bu hədiyyədən 5 gün ərzində şəbəkədaxili MMS göndərmək üçün istifadə edə bilərlər.
Qeyd edək ki, 9080 qısa nömrəsinə göndərilən hər bir mesajın qiyməti 1000 (bir min) konturdur. Bu konturlar qısa mesajın nə zaman göndərilməsindən asılı olmayaraq, abonentin Gecə balansından tutulur. Əgər Gecə balansında kifayət qədər kontur olmazsa, çatışmayan hissə nömrənin əsas balansından tutulur.
Kampaniya dövründə keçiriləcək hər tirajda da həftə ərzində "