...

Azərbaycan və Rusiya GSM tezliklərinin koordinasiyası məsələsini razılaşdıracaq

Telekommunikasiya Materials 5 Sentyabr 2009 11:33 (UTC +04:00)
Azərbaycan və Rusiya GSM tezliklərinin koordinasiyası məsələsini razılaşdıracaq

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycan və Rusiya sentyabrın 7-9-da sərhəd ərazilərində GSM tezliklərinin koordinasiyası məsələsini razılaşdıracaq. Bu barədə Trend -a Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin telekommunikasiya şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, bununla əlaqədar olaraq Moskvada təşkil olunan tədbirdə Azərbaycan və Rusiyanın mobil rabitə operatorlarının nümayəndələri iştirak edəcəklər. Əsas məqsəd tezliklərin kəsişməsi hallarını aradan qaldırmaq və sərhəd ərazilərində mobil rabitənin normal iş funksiyasını təmin etməkdir.

Görüşün yekunları əsasında iki ölkənin operatorları tərəfindən tezlik resurslarının bərabər səviyyədə istifadəsi məsələləri razılaşdırılacaq. Belə ki, sərhəd ərazilərində GSM operatorları üçün konkret tezlik resursları müəyyən ediləcək ki, həmin resurslardan da digər tərəf istifadə edə bilməz.

Görüşün yekunları əsasında tərəflər protokol imzalayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti