...

Azercell Telekom inkişaf etməkdə olan ölkələrin sammitində iştirak edir

Telekommunikasiya Materials 18 Sentyabr 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend /

Azercell Telekom MMC Londonun "The Economist" jurnalının təşəbbüsü ilə təşkil olunan inkişaf etməkdə olan ölkələrin sammitində iştirak edir, bu barədə şirkətin məlumatında deyilir.

Konfransın işində 20-dən çox ölkənin nümayəndələri dünyanın inkişaf edən yeni bazarlarına dair müzakirələr aparır.

Azercell Telekom şirkətinin rəhbəri Əli Ağan "Bazar ticarətinin inkişafı və stimullaşdırılmasında aparıcı texnologiyaların rolu" mövzusunda məruzə ilə çıxış edib.

Ağan çıxışında mobil telefonların və qurğuların inkişaf etməkdə olan ölkələrdə böyük rolu və onlayn xidmətlərdə rəqabətin təsiri barədə danışıb.

Konfrans öz işini sentyabrın 18-də başa vuracaq.

Xəbər lenti

Xəbər lenti